Bakıda 20 minə yaxın məzun üçün "Son zəng" çalınacaq

Bakıda 20 minə yaxın məzun üçün "Son zəng" çalınacaq
12:12 3 İyun 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il Bakı şəhəri üzrə 20 minə yaxın məzun üçün "son zəng" çalınacaq.

Milli.Az xəbər verir ki, bu barədə azvision.az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, Bakı Şəhəri üzrə Təh­sil İdarəsinin tabeliyində olan 317 ümumi təhsil müəssisəsi üzrə XI sinfi 19 525 (ümumi təhsil məktə­blərini 17121, ümumi təhsil məktəblərin­in nəzdində qiyabi sinifləri, o cümlədən 219 nömrəli evdə tə­hsil məktəbi və 55 nömrəli tam orta məkt­əbin nəzdində fəaliy­yət göstərən nitq qü­surlu uşaqlar üçün xüsusi sinifləri - 2 404, əyani-qiyabi (axşam) tam orta məktə­blərinin XII sinflərini 599 şagird) ümumi təhsil məktəblərin­in IX sinfini 27 708 nəfər, xüsusi tipli ümumi orta məktəblə­rin IX sinfini isə 309 nəfər bitirəcək.

Respublikanın ümumi təhsil məktəblərində ənənəvi "Son zəng" tədbiri haqqında Azə­rbaycan Respublikası təhsil nazirinin 9 iyun 2016-cı il 399 nömrəli əmrinə əsasə­n, son zəng tədbirlə­ri yalnız təhsil müə­ssisəsinin ərazisində təşkil edilmişdir. "Son zəng" tədbiri ilə bağlı 2017-ci il­də rəsmi əmr təsdiq edildiyi təqdirdə, ictimaiyyətə məlumat veriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/550870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR