Azərbaycanın enerji sektorunda smart sayğac sisteminin tətbiqi ən geci gələn il başa çatdırılacaq

Azərbaycanın enerji sektorunda smart sayğac sisteminin tətbiqi ən geci gələn il başa çatdırılacaq
12:37 3 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 iyun. REPORT.AZ/ 2017-2018-ci illərdə Azərbaycanda “Elektrik qurğularının quraşdırılması qaydaları”nın hazırlanaraq təsdiq edilməsi nəzərdə tutulub.
“Report”un məlumatına görə, bu, ölkə prezidentinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 13 iyul 2016-cı il tarixli sərəncamının həyata keçirilməsinə dair ötən gün təsdiq edilmiş Tədbirlər Planında öz əskini tapıb.
Plana əsasən, Azərbaycanın enerji sektorunda smart sayğac sisteminin tətbiqi ən geci gələn il başa çatdırılacaq. Bu, elektrik enerjisindən istifadədə itkilərin azaldılmasına imkan verəcək.
Qaydaların hazırlanması Energetika Nazirliyinə, “Azərenerji” və “Azərişıq” ASC-lərə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə həvalə edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycanin-enerji-sektorunda-smart-saygac-sisteminin-tetbiqi-en-geci-gelen-il-basa-catdirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR