"Zamiqi iydə ağacına oxşadıram, şirindir"

"Zamiqi iydə ağacına oxşadıram, şirindir"
12:47 3 İyun 2017
98 Şou
Ölkə mətbuatı
A- A+

Prodüser Təranə Səmədova şou-biznes nümayəndələrini bitkilərə bənzədib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, prodüser "Lider maqazin"ə açıqlamasında deyib ki, müğənni Zamiq Hüseynovu iydə ağacına bənzədir:

"Eltonu çinar ağacına bənzədirəm. Boylu-buxunludur, ona baxanda hörmətlə yanaşırsan. Zamiqi iydə ağacına oxşadıram, şirinliyi var. Tolik isə xar tuta oxşayır. Abbas Bağırov ağ tut ağacına bənzəyir. Aygün Kazımovanı orxideyaya, Röyanı tünd qırmızı qızılgülə, Zülfiyyə Xanbabayevanı isə liliyaya oxşadıram. O da illərdir səhnəyə çıxanda diqqət çəkir. Sevda Yahyayeva isə bənövşədir. Günay İbrahimli yasəmən, Xumar Qədimova isə tülpandır. Özüm isə qərənfiləm. Hər zaman lazımlıdır, amma sonda qədri bilinmir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/550881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR