Ermənistanda məhkum bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib

Ermənistanda məhkum bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib
13:02 3 İyun 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 iyun. REPORT.AZ/ Ermənistanda Nubaraşen cəzaçəkmə müəssisindən bədən xəsarəti alan Vigen Gülzadyan adlı məhkum Yerevandakı tibb mərkəzlərindən birinə aparılıb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Ədliyyə Nazirliyi cəzaçəkmə idarəsinin mətbuat xidmət bildirib.
İnformasiyaya əsasən, məhkumun özünə bədən xəsarəti yetirdiyi iddia edilir. Məlumata görə, onun bədəninin hansı nahiyəsinə xəsarət yetirdiyi isə hələ ki, aydın deyil.
Xəbərdə bildirilib ki, Vigen Gülzadyan hazırda məhkumlar üçün nəzərdə tutulan xəstəxanadadır. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanda-mehkum-beden-xesareti-ile-xestexanaya-yerlesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR