Gəncədə və Bakıda oğurluq edən şəxslər saxlanıldı

Gəncədə və Bakıda oğurluq edən şəxslər saxlanıldı
13:34 3 İyun 2017
54 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda və Gəncədə oğurluq edən şəxslər saxlanılıb.

 

Lent.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən aprelin 24-də şəhər ərazisindəki evlərdən birindən 1000 manat və 200 ABŞ dolları pul, habelə qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Kənan Əliyev, Nizami Məmmədov və Nadir Rzayev saxlanılıb.

 

Xətai rayon 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 1-də rayon ərazisindəki evlərdən birindən 3400 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nadir Nağıyev tutulub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276077

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR