Azərbaycanda polislər haqqında film çəkiləcək

Azərbaycanda polislər haqqında film çəkiləcək
13:37 3 İyun 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda polislər haqqında film çəkiləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu, "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulub.

Sənəddə 2017-2018-ci illərdə hüquq mühafizə orqanları əməkdaşlarının müsbət obrazını yaradan, onun cəzaverici deyil, xilaskar olmasını formalaşdıran televiziya proqramlarının və filmlərin çəkilişi və yayımlanması, Azərbaycanın hüquq mühafizə orqanları əməkdaşlarının peşəkar fəaliyyətinin televiziya kanallarında mütəmadi işıqlandırılması nəzərdə tutulub.

Qeyd olunan məsələlərin icrası Daxili İşlər Nazirliyi, Milli Televiziya və Radio Şurası, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-yə tapşırılıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/550895.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR