Azərbaycanlı kişinin bağırsağından narkotik çıxardılar

Azərbaycanlı kişinin bağırsağından narkotik çıxardılar
13:52 3 İyun 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs tutulub.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, gömrük əməkdaşlarının müşayiəti altında Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibbi müayinə nəticəsində sözügedən vətəndaşın daxili orqanında (düz bağırsağında) beş ədəd bükümdə olmaqla, narkotik vasitələr - 68 ədəd həb şəklində, təsiredici maddəsi 2,72 qram təşkil edən metadon və xalis çəkisi 10,352 qram təşkil edən tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/550900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR