Xərçəngə ən çox pul xərcləyən ÖLKƏ

Xərçəngə ən çox pul xərcləyən ÖLKƏ
13:58 3 İyun 2017
Ölkə mətbuatı
A- A+

Dünyada xərçəng xəstəliyinin müalicəsinə ildə 100 minyard dollardan çox pul xərclənib.

Publika.az xəbər verir ki, qlobal səhiyyə sığortası siyasətini analiz edən "QuintilesIMS" İnstitutunun nəşr etdiyi hesabata görə, dünyada xərçəngin müalicəsi və dərmanlara 2016-cı ildə 113 milyard dollar xərclənib. 2012-ci ildə bu rəqəm 91 milyard dollar olub.

Dünyada xərçəng üçün xərclərin 46 faizi ABŞ-ın payına düşür. Ötən il dərmanların qiyməti 8.7 faiz artıb.

Şirkət əməkdaşlarının araşdırmasına görə, xərclərin artması həm də yeni dərmanlara razılıq müddətinin qısalmasıdır. Məsələn, 2013-cü ildə xərçəngə qarşı yeni dərmanın bazara çıxarılması üçün 10 il 2 ay müddət tələb edilirdisə, 2016-ci ildə bu müddətin 9 il 8 aya düşdüyü bildirilir.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/201202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR