Türkiyənin məşhur aktrisası əməliyyat olunub

Türkiyənin məşhur aktrisası əməliyyat olunub
14:02 3 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 iyun. REPORT.AZ/ Türkiyədə Yeşil çam filmlərinin məşhur aktrisası əməliyyat olunub.
“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aktrisa Hülya Koçyiğit Amerikada ağciyər xərçənginə görə uğurlu əməliyyat keçirib.
Əməliyyatdan sonra şəxsi instagram hesabında şəklini paylaşaraq sevənlərinə mesaj yazan aktrisa, səhhətinin qaydasından olduğunu və artıq xəstəxanadan çıxdığını bildirib: “Xəstəxanadan çıxdığıma görə Allaha minlərlə şükür edirəm. Sevincimdə və kədərimdə yanımda olan hər kəsə təşəkkürlər, var olun. Sevginizlə mənə güc verdiniz. Xəstəxanadan da məhz bu güclə çıxıram. Dualarınız da üçün də çox sağolun”.  

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/turkiyenin-meshur-aktrisasi-emeliyyat-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR