"Qarabağda müharibə başlasa, Rusiya çətin vəziyyətdə qalacaq"

"Qarabağda müharibə başlasa, Rusiya çətin vəziyyətdə qalacaq"
14:12 3 İyun 2017
154 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyalı hərbi ekspert Pavel Felgenhauer "Beynəlxalq böhran qrupu" (İCG) təşkilatının ekspertlərinin Qarabağ münaqişəsi haqqında hazırladığı hesabata əsasən 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan və Ermənistanın yeni müharibə astanasında olduğu qənaətinə gəlib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, rusiyalı ekspert "Jamanak"a müsahibəsində bildirib ki, münaqişə tərəfləri ilə sıx əlaqələrə malik olan Rusiya Qarabağ müharibəsi başlayarsa, çox çətin vəziyyətdə qalacaq. 

"Ermənistan ruslara yalnız müttəfiq kimi lazım deyil", - deyən ekspert hesab edir ki, Gürcüstan və Rusiya Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycanla konfliktə girmək, münasibətləri korlamaq istəməz.

"Mən çoxdan bu barədə yazıram və deyirəm ki, Qarabağın üzərində buludlar toplanıb və müharibə demək olar ki, qaçılmazdır. Yaxşıdır ki, böhran qrupu bu barədə yazdı", - deyə Pavel Felgenhauer bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/550906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR