İnternetdə reklamlara qadağa

İnternetdə reklamlara qadağa
15:18 3 İyun 2017
Ölkə mətbuatı
A- A+

Məşhur internet brauzeri Gugl Xrom növbəti ildən yeni versiyası ilə internetdəki reklamlara qadağa qoyacaq.

Publika.az xəbər verir ki, bu barədə şirkətdən rəsmi açıqlama verilib.

Belə ki, Guglun yeni versiyasıdna istifadəçilər daxil olduqları səhifələrdə kənarda avtomatik olaraq görünən şəkil və videolar əngəllənəcək. Gugl reklamları filtrləmək üçün istifadəçilərdən ödəniş tələb edəcək.

İstifadəçilər daxil olduqları səhifələrdə heç bir reklam görmək istəmədiklərini bildirərək şirkətə cüzi bir məbləğ ödəyəcəklər. Lakin ödəniş etməyənlər üçün internet saytlarında bəlli standartlara cavab verən reklamlar görünəcək. Standartlara uyğun olmayan reklamlar isə ümumiyyətlə göstərilməyəcək. Hər hansı saytda filtrlənən reklamların sayı müəyyən həddi aşandan sonra həmin saytda heç bir reklamın yayımına icazə verilməyəcək.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/201208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR