Rusiya və Türkiyə S-400-lərlə bağlı razılaşdı

Rusiya və Türkiyə S-400-lərlə bağlı razılaşdı
15:28 3 İyun 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya və Türkiyə S-400 zenit-raket sisteminin çatdırılması ilə bağlı müqavilənin bütün texniki tərəflərini razılaşdırıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumunda Rusiyanın silah şirkəti “Rostek”in baş direktoru Sergey Çemezov deyib.

“S-400 sistemlərinin Türkiyəyə çatdırılması haqqında danışıqlar davam edir. Danışıqların texniki tərəfinin tamamladıq, maliyyə hissəsi ilə bağlı danışıqlar aparılır. Türkiyə tərəfi maliyyə mənbələrini axtarır. Bu mövzu hökumətlərarası səviyyədə müzakirə edilir. Çünki krediti yalnız hökumət verə bilər. Türkiyə və Rusiya Maliyyə Nazirlikləri arasında danışıqlar aparılıb, lakin nəticələri barədə bilmirəm”, - o bildirib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR