Ana və 8 yaşlı qızı öldü

Türkiyənin adana şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az bildirir ki, minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində ana və 8 yaşlı qızı həyatını itirib. Avtomobildəki digər 6 nəfər isə yaralanıb. Xəstəxanaya çatdırılan yaralıların vəziyyətinin ağır olduğu deyilir.

Qəzadan sonra ən ürəkparçalayan görüntü isə azyaşlı qızın yaralı halda "ana" deyərək ağlaması olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR