İstanbul metrosunda maşinistsiz qatarlar - FOTO

İstanbul metrosunda maşinistsiz qatarlar - FOTO
16:12 3 İyun 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

Mayın 3-də İstanbulda maşinistsiz idarə olunan qatarlar metro xəttinə buraxılıb. Bu münasibətlə metronun Seyrantepe stansiyasında rəsmi mərasim təşkil olunub.

Milli.Az AZƏRTAC-a istinadən məlumatına görə, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Kadir Topbaş məlumat verib ki, maşinistsiz idarə olunan qatarlar Yeniqapı-Hacıosman metro xətti üzrə hərəkət edəcək. Hazırda bu xətdə 92 qatar var. Cari ilin dekabrına kimi istismara buraxılan yeni 68 qatarın sınağı başa çatacaq. 

Bələdiyyə sədrinin sözlərinə görə, Türkiyə istehsalı olan yeni metro qatarları müasir standartlara uyğun şəkildə sərnişinlərin xidmətinə hazırlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/550927.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR