Öz xəstələrini hamilə buraxan həkim

Hollandiyada ötən ay 89 yaşında ölən həkimin iyrənc əməlinin üstü açılıb.

Metbuat.az xəbər verir ki, Rotterdam Zuider Xəstəxanasının baş həkimi Jan Karbaat ona süni mayalanma ilə müraciət edən qadınlara həyat yoldaşlarının sperması əvəzinə öz spermasından istifadə edib.

Məhkəmənin qərarı ilə baş həkimin övladlarından və doğulan körpələrdən götürülən analizlər əsasında aparılan DNT testləri reallığı ortaya çıxarıb. Belə ki, Jan Karbaatın 19 uşağın bioloji atası olduğu təsdiqlənib. Uşaqların sayının artacağı gözlənilir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR