BP-nin rəhbəri: "Yaxın 5 ildə neftin qiyməti 50-60 dollar arasında olacaq"

BP-nin rəhbəri: "Yaxın 5 ildə neftin qiyməti 50-60 dollar arasında olacaq"
16:32 3 İyun 2017
Ölkə mətbuatı
A- A+

Yaxın 5 ildə neftin bir barrelinin qiyməti 50-60 dollar arasında dəyişəcək.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə BP-nin rəhbəri Robert Dadli deyib.

O bildirib: "Əlbəttə, qısa dövrlər üçün qiymət bir qədər yuxarı və ya aşağı ola bilər, amma siz məndən tələb və təklif barədə soruşsanız, mən deyərdim ki, 50-60 dollar. Düşünmürəm ki, yaxın 5 ildə neftin barreli 100 dollar olacaq, amma 20 dollara da düşməyəcək".

O hesab edir ki, qiymətin 50-60 dollar olması istehlakçı ölkələr üçün olduğu kimi, istehsalçı ölkələr üçün də yaxşıdır.

Onun sözlərinə görə, BP də OPEC razılaşmasına qoşulan ölkələrdə neft hasilatını azaltmalı olub: "Təbii ki, bir qədər azalıb. Məsələn, biz istehsalı azaldan "Rosnefti"nin səhmdarıyıq. Eləcə də Azərbaycanda, Yaxın Şərq ölkələrində, məsələn, Birləşmiş Ərəb Əmirliklərində istehsalı azaldırıq. Ehtimal edilir ki, İraqda da aşağı salaq. Əlbəttə bu bizə təsir edir. Amma ixtisar çox deyil. Bundan başqa neftin qiyməti razılaşmayadək olduğundan yüksəkdir. Bu da hasilatın aşağı salınmasını kompensasiya edir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/550931.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR