Türkiyə parlamentinin komissiya sədri: “Hər gün Almaniyadan 100-ə yaxın terrorçu Türkiyəyə gedir”

Türkiyə parlamentinin komissiya sədri: “Hər gün Almaniyadan 100-ə yaxın terrorçu Türkiyəyə gedir”
17:02 3 İyun 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 iyun. REPORT.AZ/ “Almaniyada 1993-cü ildən PKK terror təşkilatının fəaliyyəti yasaqlansa da, hər gün buradan 100-ə yaxın terrorçu Türkiyəyə gedərək orada fəaliyyət göstərir”.
“Report” türk mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin İnsan Haqlarını Araşdıma Komissiyasının sədri Mustafa Yeneroğlu Almaniyanın Köln şəhərində, Avropalı Türk Demokratlar Birliyinin təşkil etidyi iftar mərasimində bildirib.
“Almaniya Konsitusiyasını Mühafizə Təşkilatının hesabatlarında hər gün 100-ə yaxın silahlının (PKK tərəfdarı - “Report”) Türkiyəyə gedib terror aksiyalarında iştirak etdiyi bildirilir. Görürsünüz, bunu mən demirəm, özləri deyir. Belə bir ortaqlıq, əməkdaşlıq olarmı?! Həmin hesabatlara əsasən, cari ilin ilk 3 ayında Almaniyada müsəlmanlara qarşı 224 hücum olub. Bu hücumları edənlərin cəzalandırılması istiqamətində isə bir addım belə atılmayıb. Almaniyada güclü ictimai təşkilatlarımız yoxdur. Nə qədər ki, onlar yoxdur, bizim ciddi problemlərimiz qalmaqda davam edəcək”, - deyə o vurğulayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-parlamentinin-komissiya-sedri-her-gun-almaniyadan-100-e-yaxin-terrorcu-turkiyeye-gedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR