Əfqanıstanda baş nazir və DİN rəhbərinin olduğu mərasimdə partlayış törədilib: ölənlər və yaralananlar var

Əfqanıstanda baş nazir və DİN rəhbərinin olduğu mərasimdə partlayış törədilib: ölənlər və yaralananlar var
18:32 3 İyun 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 iyun. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə terror aktı törədilib.
"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsinə istinadən xəbər yayıb.
Xəbərdə bildirilir ki, hadisə parlamentin yuxarı palatasının – Senatın vitse-spikerinin oğlu Aləm İzzədyarın dəfn mərasimində qeydə alınıb. Belə ki, mərasim zamanı törədilmiş 3 partlayışda 14 nəfər həlak olub, 10 nəfər yaralanıb.
"Tolo News" telekanalı isə partlayışlar zamanı 20 nəfərin xəsarət aldığını, 87 nəfərin yaralandığını bildirib. Telekanalın məlumatına görə, mərasimdə Əfqanıstanın bir sıra yüksək vəzifəli şəxsləri, o cümlədən daxili işlər naziri Salahiddin Rəbbani və baş nazir Abdulla Abdulla iştirak edib. Onlar hadisə zamanı xəsarət almayıblar.
Hələlik hadisənin hansı qruplaşma tərəfindən həyata keçirildiyi məlum deyil. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efqanistanda-bas-nazir-ve-di-n-rehberinin-oldugu-merasimde-partlayis-toredilib-olenler-ve-yaralanan

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR