"SHACMAN" aşdı: sürücü yaralandı - VİDEO - FOTO

"SHACMAN" aşdı: sürücü yaralandı - VİDEO - FOTO
18:37 3 İyun 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Şamaxı yolunda yük avtomobili aşıb.

Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, hadisə bu gün saat 14:00 radələrində Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində, Acıdərə adlanan ərazidə qeydə alınıb. Biləsuvar rayon sakini, 31 yaşlı Ramil Qurbanov 99-OU-497 dövlət nömrə nişanlı "SHACMAN" markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Avtomobilin yük yerindəki torpaq yola dağılıb.

Sürücü Ramil Qurbanov ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

"SHACMAN" aşdı: sürücü yaralandı - FOTO


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/550947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR