Arda Turan Premyer Liqa klubunun hədəfində

Arda Turan Premyer Liqa klubunun hədəfində
18:37 3 İyun 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə "Arsenal" klubu Türkiyə milli komandasının və İspaniyanın "Barselona" klubunun futbolçusu Arda Turanı transfer etmək istəyir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "The Sun" nəşri Arsen Vengerin 30 yaşlı yarımmüdafiəçinin transferində maraqlı olduğunu yazıb.

London təmsilçisi Arda üçün 25 milyon avro ödəməyə hazırdır. Təcrübəli oyunçunu "Qalatasaray" da heyətinə cəlb etmək istəsə də, bu qədər vəsaiti ödəmək imkanı yoxdur.

Qeyd edək ki, "Barselona"ya Ernesto Valverdenin baş məşqçi təyin olunmasından sonra Arda Turanın transferə çıxarılacağı bildirilir. O, ötən mövsüm La Liqada 14 oyunda meydana əsas heyətdə çıxıb.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/550891.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR