Ölümdən qurtuldu, parçaladı - FOTO

Ölümdən qurtuldu, parçaladı - FOTO
18:47 3 İyun 2017
Ölkə mətbuatı
A- A+

Erkək şir şikarını parçalamaq üçün onun üstünə atılmışdı. Lakin camışın təslim olmaq niyyəti yoxdu. O, buynuzları ilə şiri vurub kənara atmaq istəyirdi.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Zambiyadakı Cənubi Luanqva Milli Parkında yaşanıb.

Baş verənləri britaniyalı fotoqraf-naturalist Lyuk Messi çəkib.

Buynuzunun ürəyinə batmasına imkan verməyən şir bütün səylərinə rəğmən, məğlub olacaqdı. Çünki camış çox güclü, hirsli idi.

Lakin erkək şirin dadına dişi şirlər çatıblar və onlar camışı yerə yıxaraq öldürüblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/550831.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR