Snapchat-ın qurucusunu yaxından tanıyaq - FOTO

Snapchat-ın qurucusunu yaxından tanıyaq - FOTO
19:22 3 İyun 2017
Ölkə mətbuatı
A- A+

Şirkəti Snap Inc.ın 2017-ci ildə 20 milyard dollar bazar dəyəri ilə birjaya daxil olmasıyla bu ilin ən çox danışılan insanlardan biri olmaq yolunda əmin addımlarla irəliləyən Evan Spiegel, yaratdığı snapchatla gənclərdə maraq oyatmağı bacarıb. Eyni zamanda yeni yaratdığı Spectacles adlı eynəyi ilə də səs-küyə səbəb olacağı gözlənilir.

Milli.Az bizplus.az-a istinadən bildirir ki,26 yaşında sərvəti 2.1 milyard dollar olan Evan Spiegel forbesə görə öz zəhmətilə milyarder olan ən gənc insanıdır.

Ailəsi və təhsil həyatındakı nailiyyətləri

Evan Spiegel Los Angeles yaxınlığındakı PACIFIC PALISADES bölgəsində vəkil ailəsində böyüyüb. Even orta məktəb təhsilinə başlayanda onun valideynləri boşanma qərarı alıblar.

Spiegelin ailəsi Santa Monikadakı Jonathan Club və La Jolla Beachdəki tennis klubu kimi niş kütlələrə xitab edən yerlərdəki məşhurluqları və Avropa gəzintiləriylə diqqət çəkirdilər. Hətta bir dəfə xizək sürmək üçün vertolyotla Kanadaya getdiklərini də söyləyir Evan Spiegel.

Evan Spiegel, orta təhsilini Santa Monikada Crossroads adındakı özəl təhsil verən bir məktəbdə tamamlayıb. Məktəbin digər məşhur məzunları isə Tinderin qurucu ortağı Sean Rad, Kate Hudson, Jonah Hill və Gwyneth Paltrowdir.

Daha sonra Stanford Universitetində dizayner ixtisasını oxumağa başlayan Spiegel, burada sonralar Snapchati yaradarkən ortaq olacağı Reggie Brown və Bobby Murphy ilə tanış olur. Murphy həmin günləri "Universitetdə hamının həsəd aparacağı insanlar olmaq istəyirdik buna görə də bir şey yaratmaq istədik" deyərək xatırlayır.

Spiegel Snapchati yaradır

2012-ci ildə Spiegel Picaboo adında bir mobil tətbiq yaradır. Daha sonra tənzimləmələr və tətbiqin inkişafı ilə ona Snapchat adını verirlər və gənclər arasında sürətlə yayılan bir fenomen olmağı bacarır. 2013-ci ildə isə bu müvəffəqiyyəti Mark Zuckerbergin tətbiqi satın almaq üçün 3 milyard dollar təklif etməsiylə öz mükafatını alır. Evan Spiegelin bu təklifə neqativ cavabından sonra Zuckerberg dərhal Snapchata bənzər bir tətbiq olan Pokeu hazırlayır lakin müvəffəqiyyətli ola bilmir. 2016-cı ilin Sentyabr ayında isə Spiegel Snapchatın adını Snap Inc. kimi dəyişdirərək bir kamera şirkəti olduqlarını söyləyir.

Evan Spiegelin bir özəlliyi isə bir iş görəndə daim gizli saxlamağı sevməsidir. Snap Inc. işçilərinin verdiyi məlumatlara görə ümumiyyətlə istehsal mərhələsindəki məhsulların satışa çıxmağı dəqiqləşmədən işçilərə heç bir məlumat verilmir.

Spiegel Miranda Kerrlə qarşılaşır

Evan Spiegel iş həyatındakı müvəffəqiyyətləriylə gündəmə gəldiyi qədər özəl həyatındakı münasibətləri ilə də gündəmdə olub. Bir zamanlar pop ulduzu Taylor Swiftlə birlikdə olduqdan sonra 2015-ci ildə super model Miranda Kerrlə birlikdə olduğunu açıqlamışdı.


Spiegelin bir hobbisi də var - musiqini çox sevir. O həmçinin moda sahəsinə də böyük marağı ilə diqqət çəkir və hətta Vogue İtaliya jurnalının üz qabığında şəkili də var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/550950.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR