ABŞ terrorçulara terrorçularla mübarizə üçün silah verir

ABŞ terrorçulara terrorçularla mübarizə üçün silah verir
19:43 3 İyun 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ-ın Suriyada terror təşkilatı PYD/PKK-ya terror təşkilatı İŞİD-lə mübarizə üçün yardımları davam edir.

Trend-in "Sputnik"ə istinadən verdiyi xəbərə görə, təxminən 3 həftədə ümumilikdə 218 yük maşını Raqqanın şimalındakı təşkilat üzvlərinə göndərilib.

Məlumatlara görə, dünən gecə sursat daşıyan 70 maşın ABŞ-ın Hasekedeki Rümeylan hərbi hava bazasından yola düşüb.

Mayın 15-dən etibarən isə 218 yük maşını göndərilib. Həftənin əvvəlində ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) ilk dəfə PYD/PKK-ya yüngül silahlar və hərbi vasitələr göndərdiyini deyərək İŞİD-lə mübarizə çərçivəsində təşkilatı dəstəkləməyə davam edəcəyini açıqlamışdı.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2762480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR