Haluk Levent fanatına elə jest etdi ki... - FOTO

Haluk Levent fanatına elə jest etdi ki... - FOTO
19:57 3 İyun 2017
Ölkə mətbuatı
A- A+

Rok ifaçısı Haluk Levent fanatına jest edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, izləyicilərindən biri müğənnidən məzuniyyət mərasimində onun tərəf müqabili olmasını istəyib. Aylarca Haluka ismarış yollayan gənc qız sonunda arzusuna çatıb. Ziynet adlı izləyicisinin "Cümə günü məzuniyyət gecəm keçiriləcək. Mənim hələ də ümidim var. Tərəf müqabilim olarsan, məncə" mesajına H.Leventdən cavab gəlib:

"Aylardır yazırsan. Söz verirəm, qız! Cümə günü vaxtım olsa, tərəf müqabilin olacağam".

Daha sonra Ziynetin məzuniyyət gecəsinə qatılan Haluk sosial şəbəkədə gecədən fotolar da paylaşıb. Leventin bu jesti sosial şəbəkə istifadəçiləri tərəfindən alqışlarla qarşılanıb və tərif dolu minlərlə şərh yazılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/550964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR