ABŞ terrorçulara silah verir

ABŞ terrorçulara silah verir
20:05 3 İyun 2017
37 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Suriyada terror təşkilatı PYD/PKK-ya terror təşkilatı İŞİD-lə mübarizə üçün yardımları davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, təxminən 3 həftədə ümumilikdə 218 yük maşını Raqqanın şimalındakı təşkilat üzvlərinə göndərilib.

Məlumatlara görə, dünən gecə sursat daşıyan 70 maşın ABŞ-ın Hasekedeki Rümeylan hərbi hava bazasından yola düşüb.

Mayın 15-dən etibarən isə 218 yük maşını göndərilib. Həftənin əvvəlində ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) ilk dəfə PYD/PKK-ya yüngül silahlar və hərbi vasitələr göndərdiyini deyərək İŞİD-lə mübarizə çərçivəsində təşkilatı dəstəkləməyə davam edəcəyini açıqlamışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/550966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR