Britaniya vizası bahalaşdı

Britaniya vizası bahalaşdı
20:12 3 İyun 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

Bu ilin iyun ayından etibarən Böyük Britaniyaya viza verilərkən əlavə ödənişlər tələb olunacaq.

Milli.Az fins.az-a istinadən bildirir ki, bu barədə həmin ölkənin Moskvadakı konsulluğundan bildirilib.

Bundan sonra İngiltərəyə səyahət edənlərə elektron xidmətlər pullu olacaq. Bu məbləğin isə 5.48 funt-sterlinq olduğu bildirilir.

Məlumat üçün bildirək ki, telefonla konsultasiyanın hər dəqiqəsinə görə ödəniş 1.37 funtdur.

Xidmətə görə ödənişin tələb olunmasına səbəb isə Britaniyanın miqrasiya və viza xidmətinin kommersiya tərəfdaşının dəyişməsi olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/550968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR