"Qarajlardan parklanma üçün istifadə qadağan olunmayıb" - Ərşad Hüseynov

"Qarajlardan parklanma üçün istifadə qadağan olunmayıb" - Ərşad Hüseynov
20:17 3 İyun 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

"Qarajlardan parklanma üçün istifadə qadağan qadağan olunmayıb. Orada mənasız bir texniki dəyişiklik olub. Heç bir mahiyyət dəyişməyib".

Ekspert Ərşad Hüseynov Nazirlər Kabinetinin qarajlarla bağlı qərarda etdiyi dəyişikliyi şərh edərkən belə deyib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hüquqşünas əslində qərarda heç bir dəyişiklik olmadığını bildirdi:

"Agentliklərdən biri Nazirlər Kabinetinin qarajlarla bağlı qərarda dəyişikliyə verdiyi şərhlə aləmi qatıb. Digər saytlar da onlardan götürüb yayıb. Dünəndən xeyli jurnalist soruşur ki, bəs Nazirlər Kabineti dəyişiklik edib, bundan sonra qarajlardan parklanma üçün istifadə edilməyəcək, bunu şərh edin. Hətta saytlarda yazıblar ki, qarajlardan istifadə qadağan olundu, daha nə bilim nələr.

Hazırda sizə də mənasız dəyişikliyi şərh etmirəm, bu xəbərin yanlış olduğunu deyirəm. Nazirlər Kabineti öz qərarında sırf texniki təyişiklik edib. Heç bir mahiyyət dəyişikliyi yoxdur. Özü də bu dəyişiklik vaxtilə buraxılmış taftalogiyanı aradan qaldırmaq üçündür. Nazirlər Kabinetinin qərarında əvvəl anlayış belə idi: qaraj - nəqliyyat vasitələrinin durması və parklanması üçün nəzərdə tutulan mühafizə olunan tikilidir.

Bu anlayışda durmaq və parklanmaq eyni mənalı sözlərdir. Çünki Yol hərəkəti haqqında Qanunda parklanmanın anlayışı belədir: parklanma - nəqliyyat vasitəsinin onun üçün xüsusi ayrılmış müvafiq qaydada işarələnmiş yerdə durmasıdır. İndi NK öz qərarındakı artıq sözü (və parklanması) götürüb və qarajın anlayışı belə qalıb: qaraj - nəqliyyat vasitələrinin durması üçün nəzərdə tutulan mühafizə olunan tikilidir. Vəssalam. Heç nə dəyişmir, bu dəyişiklik heç nəyi ifadə etmir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/550969.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR