Milli komandamız dünya çempionatının seçmə mərhələsinə

Qadın voleybolçular arasında 2018-ci il dünya çempionatının seçmə mərhələsinin Bakıda təşkil olunan E qrupunda son turun oyunları keçirilib.

Metbuat.az bildirir ki, Azərbaycan milli komandası Yaponiyada baş tutacaq mundiala yeganə vəsiqə uğrunda görüşdə Hollandiya ilə üz-üzə gəlib. Qarşılaşma milli komandamızın qələbəsi ilə başa çatıb - 3:0.

Azərbaycan – Hollandiya - 3:0 (30:28, 25:22, 25:13). Azərbaycan millisi bu qələbə sayəsində tarixində 4-cü dəfə dünya çempionatına vəsiqə qazanıb.

Qeyd edək ki, növbəti dünya çempionatı 2018-ci ildə Yaponiyada keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR