Putin: "NATO-dakı dövlətlər ancaq vassallardır"

Putin: "NATO-dakı dövlətlər ancaq vassallardır"
21:12 3 İyun 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 iyun. REPORT.AZ/ Rusiya Federasiyasının prezidenti Vladimir Putin NATO-nu ABŞ-ın xarici siyasətinin aləti adlandırıb.
"Report"un məlumatına görə, dövlət başçısının rejissor Oliver Stouna müsahibəsini "Politico" nəşri yayıb.
Putin bildirib ki, alyansdakı dövlətlər ABŞ-ın vassallarıdır. "Bu gün o, (NATO - "Report") ABŞ-ın xarici siyasət alətidir. Orada müttəfiqlər yoxdur, ancaq vassallar var" – deyə prezident qeyd edib.
Kreml rəhbəri bununla yanaşı vurğulayıb ki, hansısa ölkə NATO üzvü olduqda o, alyansın iri ölkəsi – lideri ABŞ-ın təzyiqlərinə çətinliklə müqavimət göstərə bilir.
"Orada hər şey çox asanlıqla peyda olur. Nə lazımdırsa – raket əleyhinə sistemlər, yeni bazalar və əgər tələb olunsa, yeni zərbə kompleksləri" – deyə Rusiya lideri əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/putin-nato-daki-dovletler-ancaq-vassallardir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR