Elariz Elzaya şeir qoşdu: "Bəlkə basasan tormoza?"

Elariz Elzaya şeir qoşdu: "Bəlkə basasan tormoza?"
21:57 3 İyun 2017
221 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Elariz Məmmədoğlu əməkdar artist Elza Seyidcahana şeir həsr edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, şeirini "Xəzər Maqazin"də səsləndirən müğənni həmkarına şeir yazmasının səbəbini belə izah edib:
 
"Elza Seyidcahan xoruza aid şeir yazmışdı, orada səsləri də çıxarırdı. Baxıb dedim, necə şairdir: həm obraz verir, həm qafiyə tapır. Ona görə, Elza Seyidcahanın poeziyasından xoşum gəldi. Bu bacarıq məndə də var. Bəzi mahnılarımın sözlərini özüm yazıram".

Daha sonra Elariz Elza Seyidcahana qoşduğu şeiri səsləndirib:
 
Gözəllər gözəli Elza
Sənə həsrət qalıb şəhri-Penza,
Oxusam sənə helelyoza
Sözlərini yoza-yoza.
Vərəqləri yaza-yaza,
Qəbirləri qaza-qaza,
Su çiləyin torpağa, toza.
Həsrət qalmışıq qoza
 Bu nə əda, bu nə poza?
Güllər içində Roza
Təbii gözəl Elza.
Bəsdir özün qoydun naza,
 Bəlkə basasan tormoza?
Vitamin ye, qlükoza,
Canına bax, ay Elza,
Gecələr yat, ay Elza,
Sabahlar qalx, ay Elza.
Şeirlər qoş tara, saza,
Qoyma qalsın ayaza
Sətirlərin köhnə, taza
Fikir vermə bahar-yaza,
Gəl baş vuraq Kür-Araza.
Göz vurarıq ördək-qaza.
Oturmarıq naza, kamaza,
Bir baxsana, mən tək baza.
Şair odur yaza-poza,
Hərdən qulaq asa caza.
Özünə bax, ay Elza,
 Sözünə bax, ay Elza,
 Gözünə bax, ay Elza,
Üzümə bax, ay Elza,
Sən canımızsan, ay Elza,
 Başa bəlasan, Elza.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/550985.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR