İordaniyada silahlılar hərbçilərə hücum edib: ölənlər və yaralanan var

İordaniyada silahlılar hərbçilərə hücum edib: ölənlər və yaralanan var
22:02 3 İyun 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 iyun. REPORT.AZ/ İordaniyada, Suriya ilə sərhəddə 3 silahlı şəxs motosikletlə hərbçilərin mövqeyinə hücum edib.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə Rukban yaxınlığında, on minlərlər suriyalı qaçqının yaşadığı yerdə baş verib. Atışma zamanı silahlılar öldürülüb.
İordaniyanın "Hala Akhbar" saytının məlumatına görə, atışma zamanı həmçinin ordunun bir əsgəri də yüngül yaralanıb.
İordaniya hökuməti hesab edir ki, Rukbanda terrorçular yaşayır. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-ordaniyada-silahlilar-herbcilere-hucum-edib-olenler-ve-yaralanan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR