Bakıda mağazaların qənimi ələ keçdi

Bakıda mağazaların qənimi ələ keçdi
00:38 4 İyun 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Xəzər rayonunda oğurluq hadisəsi baş verib.

Publika.az teleqraf.com-a istinadən bildirir ki, hadisə iyunun 1-nə keçən gecə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisindəki mağazalardan birinin dam örtüyü sökülməklə 350 manat pul və tütün məmulatı oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ceyhun Məmmədov tutulub.

Onun həmin gün qəsəbə ərazisində bir köşkdən 30 manat pul və ərzaq məhsulları, habelə mayın 11-də və 22-də isə 2 mağazadan pul və ərzaq məhsulları oğurlaması da müəyyən edilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/201251.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR