Çempionlar Liqasının qalibi "Real" oldu

Çempionlar Liqasında (ÇL) 2016/2017 mövsümünün qalibi bəlli olub. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin həlledici qarşılaşması Kardiffdə, “Millennium” stadionunda baş tutub.

Çempionluq uğrunda İtaliyanın “Yuventus” klubu ilə turnirin son qalibi Madrid “Real”ı üz-üzə gəlib.

Matça fəal başlayan komandalar ilk dəqiqələrdən daha çox kobud mübarizə ilə yadda qalıblar. Azarkeşlər isə ilk qolu görmək üçün 20 dəqiqə gözləməli olublar. "Real"ın çox gözəl təşkil olunmuş əks-hücumunu Ronaldo əla zərbə ilə məntiqi sonluğa çatdırıb.

Ancaq madridlilərin sevinci cəmi 7 dəqiqə çəkib. Bu dəfə "Yuventus" əks-hücum zamanı fərqlənib. Xorvatiyalı Mario Mancukiç hətta "Real" azarkeşlərin də alqışlayacağı qola imza atıb.

İlk hissə bu hesabla başa çatıb. İkinci hissədə isə italiyalılar əsl "Real"lıqla tanış olublar. Kazemiro və Ronaldo 3 dəqiqəyə fərqi 2 topa çatdırıblar. Asensionun son dəqiqə qolu isə gözəl oyununun bəzəyi olub - 1:4. // Apasport



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR