Çempionlar Liqasının finalında TERROR HƏYƏCANI

Çempionlar Liqasının finalında TERROR HƏYƏCANI
01:23 4 İyun 2017
113 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının finalında “Yuventus”u 4:1 hesabı ilə məğlub edən “Real” ardıcıl 2-ci, ümumilikdə isə 12-ci dəfə kuboku Madridə apardı.

Publika.az xəbər verir ki, həlledici qarşılaşmanı Turinin ən böyük meydanlarından birində ekrandan canlı izləyən italyan azarkeşlər arasında izdiham yaşanıb.

Bomba xəbəri alan azarkeşlərin qaçışması nəticəsində xeyli yaralının olduğu bildirilir.

Qısa müddətdən sonra bomba xəbərinin yalan olduğu üzə çıxıb. Azarkeşlərdən birinin məşəl yandırması nəticəsində panika yaşanıb və bunun terror aktı olduğunu düşünən insanlar qorxuya düşərək ora-bura qaçmağa başlayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/201253.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR