İsmayıllı-Bakı magistralında 10-dan çox avtomobil yolda qalıb - FOTO

İsmayıllı-Bakı magistralında 10-dan çox avtomobil yolda qalıb - FOTO
10:42 8 Yanvar 2015
132 Sosial
Ölkə mətbuatı
A- A+

İsmayıllıya yağan qar magistral yolda nəqliyyatın hərəkətində problemlər yaradıb
Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, İsmayıllı-Bakı magistral yolunun Zərgəran kəndi ərazisində yol səthini qar örtüb. Nəticədə 10-dan çox maşın yolda qalıb.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyev isə APA-ya bildirib ki, qar yağmasına baxmayaraq, respublikanın avtomobil yollarında buzlaşma hələlik qeydə alınmayıb.

K.Əliyev Muğanlı-İsmayıllı yolunda qar və güclü külək olduğunu bildirib: “Göstərilən istiqamətdə yolun hər an buzlaşa biləcəyini nəzərə alaraq o istiqamətdə hərəkət edən sürücülərə diqqətli olmağı və hər iki oxu aparıcı olan nəqliyyat vasitələrindən istifadə etməyi tövsiyə edirik”.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317876.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR