İspaniyanın sahil mühafizəsi Aralıq dənizində 173 miqrantı xilas edib

İspaniyanın sahil mühafizəsi Aralıq dənizində 173 miqrantı xilas edib
06:12 4 İyun 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 iyun. REPORT.AZ/ İspaniyanın sahil mühafizəsi Aralıq dənizində şimali Afrikadan gələn 173 miqrantı xilas edib.
"Report" xəbər verir ki, bununla bağlı ölkənin Dənizdə Xilasetmə Xidməti məlumat yayıb.
Belə ki, Mərakeş hökuməti İspaniyaya qeyri-leqal miqrantları daşıyan gəminin Aralıq dənizinin ən ucqar qərb hissəsindəki Alboranda olması barədə məlumat verib. Bundan sonra həmin ərazidə daha 4 miqrant gəmisinin olduğu müəyyən edilib.
Qayıqlarda ümumilikdə 173 nəfər olub. Onların hamısı Almeriya və Motril limanlarına (Andalusiya Muxtar Birliyi) çatdırılıblar. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-spaniyanin-sahil-muhafizesi-araliq-denizinde-173-miqranti-xilas-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR