"Zidan ömrünün sonuna qədər klubda qala bilər"

"Zidan ömrünün sonuna qədər klubda qala bilər"
09:05 4 İyun 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid" klubunun prezidenti Florentino Peres bildirib ki, komandanın baş məşqçisi Zineddin Zidan ömrünün sonuna qədər kluba rəhbərlik edə bilər.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə o, "Cadena Ser" radiostansiyasının efirində deyib.
"Zidan bütün ömrü boyu "Real"da qala bilər. Klubun hər bir pərəstişkarı ona minnətdardır.
Zidan 2001-ci ildə "Real"a gələndə dünyanın ən yaxşı oyunçusu idi. İndi dünyanın ən yaxşı məşqçisidir. O, komandaya 17 aydır rəhbərlik edir. Amma çox şeylər əldə edib" - deyə Peres bildirib.
Öz növbəsində Zidan da final matçından sonra keçirdiyi mətbuat konfransında bildirib ki, qarşıdakı mövsümdə komandaya rəhbərlik edəcək.

Zidan "Real"a 2016-cı ilin yanvarından rəhbərlik edir. O, Çempionlar Liqasının tarixinə turnirdə kommandasını ardıcıl iki dəfə qalib etmiş məşqçi kimi düşüb.

Çempionlar Liqasının final matçında "Real Madrid" İtaliyanın "Yuventus" komandasına 4:1 hesabı ilə qalib gəlib.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR