Londonda baş verən 2 terror aktı nəticəsində azı 48 nəfər xəstəxanalara yerləşdirilib

Londonda baş verən 2 terror aktı nəticəsində azı 48 nəfər xəstəxanalara yerləşdirilib
10:55 4 İyun 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Böyük Britaniyanın paytaxtında baş verən 2 terror aktı nəticəsində azı 48 nəfər xəstəxanalara yerləşdirilib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda London təcili yardım xidməti xəbər verir.

Xidmətin Twitterdə yerləşdirdiyi məlumatda deyilir. "Londonun 5 xəstəxanasına 48 yaralı gətirilib və bir sıra digər yüngül bədən xəsarətləri olanlara isə hadisə yerində tibbi yardım göstərilib".

Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub.

London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, “Borough Market”də və “Vauxhall” bölgəsində də bıçaqlı hücum olub.

Baş verən hücumlarda 6 nəfər ölüb, 30 nəfər isə xəstəxanaya yerləşdirilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2762522.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR