Türkiyənin Qars vilayətinin Çemçe bölgəsində PKK-ya qarşı həyata keçirilən əməliyyat zamanı 8 terrorçu öldürülüb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Qars valisi Rahmi Doğan jurnalistlərə verdiyi açıqlamasında deyib.
"Dünən gecə əldə edilən məlumat əsasənda həyata keçirilən əməliyyat nəticəsində təşkilatın Çemçe qrupunun 8 üzvü öldürülüb. Qaçan terrorçular hərbçilər tərəfindən təqib edilir", - vali bildirib.
Hazırda Çemçe-Madur bölgəsində əməliyyatlar davam edir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində