Londonu qana bulayan terrordan FOTOLAR

Londonu qana bulayan terrordan FOTOLAR
12:03 4 İyun 2017
84 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gecə Böyük Britaniyanın paytaxtı Londonda silsilə terror aktları törədilib. Əvvəlcə “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Ardınca Londonun Boro rayonunda bıçaqla silahlanmış naməlum şəxs bazara daxil olaraq oradakı insanlara müxtəlif xəsarətlər yetirib.

Bundan başqa, paytaxtın Voksholl rayonunda naməlum şəxs bıçaqla insanlara hücum edib.

Polis “London-Bric” körpüsündə və Boro rayon bazarında törədilən insidentlərin terror aktı olduğunu rəsmi təsdiqləyib.

Son məlumatlara görə, Londonda törədilən qanlı terror aktları nəticəsində 6 nəfər ölüb, azı 30 nəfər yaralanıb. Bəzi KİV-lərdə yaralıların sayının 50-ə çatdığı bildirilir.

Avropanı şoka salan terror olayına ilk reaksiyanı ABŞ prezidenti Donald Tramp verib. O, terroru lənətləyərək britaniyalıların yanında olduğunu bildirib.

Cebhe.info


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR