Prezident: "Zidan bütün ömrü boyu "Real"da qala bilər"

Prezident: "Zidan bütün ömrü boyu "Real"da qala bilər"
12:17 4 İyun 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın prezidenti Florentino Peres Çempionlar Liqasının finalından sonra fikirlərini bildirib.

 

Fanat.Az xəbər verir ki, prezident Zidanın komandada qalıb-qalmayacağı məsələsinə də aydınlıq gətirib:


"Zidan bütün ömrü boyu "Real"da qala bilər. Klubun hər bir pərəstişkarı ona minnətdardı. O 2001-ci ildə "Real"a gələndə dünyanın ən yaxşı oyunçusu idi. İndi dünyanın ən yaxşı məşqçisidi. Komandaya 17 aydı rəhbərlik edir. Amma çox şeylər qazanıb".


Zidan da final matçından sonra keçirdiyi mətbuat konfransında qarşıdakı mövsümdə komandaya rəhbərlik edəcəyini bildirib. 

 

Mütəxəssis "Real"a 2016-cı ilin yanvarından rəhbərlik edir. O, Çempionlar Liqasının tarixinə komandasını ardıcıl iki dəfə qalib etmiş ilk məşqçi kimi düşüb.

 

ÇL-in finalında Madridlilər italiyan komandasına 4:1 hesabı ilə qalib gəlib. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-prezident-quotzidan-butun-omru-boyu-quotrealquotda-qala-bilrquot-t58512.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR