Uşaqların saxlanıldığı təcridxanada yanğın: 7 məhbus öldü

Braziliyanın Parayba əyalətindəki "Lar do garoto Otavio Santos" təcridxanasında üsyan zamanı baş verən yanğında 7 uşaq ölüb, 30-u isə islah evindən qaçıb.

Metbuat.az bildirir ki, baş verən üsyanda azyaşlı məhbuslar əllərinə keçən nə varsa, yandırıblar. Ölənlərin əksəriyyətinin yanğın zamanı öz yataqlarında olduqları deyilir.

Hadisə ilə bağlı əməli tədbirlər həyata keçirilib. Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR