Buffon: "Hər şeyin belə başa çatması bizi şoka saldı"

Buffon: "Hər şeyin belə başa çatması bizi şoka saldı"
13:17 4 İyun 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

"Juventus"un qapıçısı Canluici Buffon Çempionlar Liqasının finalında buraxılan topların sayına görə Edvin van der Saarın antirekordunu yeniləyib. İtaliyalı qolkiper "Real"la oyunda turnirin finalında 7-ci topu qapısında görüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra Buffon bunları deyib:

"Çempionlar Liqasını qazanmaq üçün əlimizdən gələni etdiyimizə inanırıq. Bu səbəbdən çox məyus olmuşuq. Birinci hissədə gözəl oyun nümayiş etdirib "Real"a xeyli problemlər yaratdıq. Hər şeyin belə başa çatması bizi şoka saldı. Belə turnirdə çempion olmaq üçün istənilən maneəni aradan qaldırmaq lazımdır. Ola bilsin, ilk yarıda çox güc sərf edib istənilən nəticəni görmədik. İkinci hissədə "Real"ın ustalığı, gücü və bacarığı tam mənada üzə çıxdı. Onlar layiqli qələbə qazandılar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR