Polis Londonun şərqində xüsusi əməliyyat keçirir

Polis Londonun şərqində xüsusi əməliyyat keçirir
15:57 4 İyun 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 iyun. REPORT.AZ/ London polisi Britaniya paytaxtının şərq rayonu Barkinqdə xüsusi əməliyyat keçirir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Daily Express" qəzeti yazıb.
Məlumata görə, asayiş keşikçiləri çoxmənzilli binada reyd aparırlar. Bir neçə nəfər saxlanılıb.
"Reuters" yazır ki, Britaniyanın daxili işlər naziri Ember Radd gecə saatlarında şəhərin mərkəzində törədilən terror aktları ilə bağlı əməliyyatın aparıldığını bildirsə də, onun dəqiq yerini açıqlamayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/polis-londonun-serqinde-xususi-emeliyyat-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR