Eyfel qülləsi Londondakı terror qurbanlarına görə

Fransa paytaxtı Parisin rəmzi olan Eyfel qülləsi keçən gecə Londonda baş verən terror aktının qurbanlarının xatirəsinə öz işıqları söndürəcək.

Metbuat.az bildirir ki, bu haqda Fransa paytaxtının meri Ann İdalqo bildirib.

Parisin meri öz Twitterində yazıb: "Londonda terror aktı qurbanlarının xatirəsinə bu gecə Eyfel qülləsi öz işıqlarını saat 00:45 söndürəcək".

Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub.

London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, “Borough Market”də və “Vauxhall” bölgəsində də bıçaqlı hücum olub.

Baş verən hücumlarda 7 nəfər ölüb, 50 nəfər yaxın isə xəstəxanaya yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR