İsveçin Syoderhamn şəhərində yerləşən qaçqın yataqxanası yanıb.
Metbuat.az bildirir ki, hadisə baş verən zaman binada 60-70 nəfər adam olub. Onların heç biri zərər çəkməyib.
Yanğının səbəbləri hələ ki, məlum deyil. Polisin fərziyyəsinə görə, bu, qəsdən törədilib.