"Milan" argentinalı futbolçunun transferinə yaxındır

"Milan" argentinalı futbolçunun transferinə yaxındır
18:05 4 İyun 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

Bu yay Mateo Muzakkio və Frank Kessieni transfer edən "Milan" növbəti futbolçunun keçidini həll etməyə yaxındır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Lazio"nun yarımmüdafiəçisi Lukas Biqliya "rossoneri"də oynamaq təklifini müsbət cavablandırıb. Roma klubu 31 yaşlı havbekə görə 21 milyon avro istəyir. "Milan" əlavə 4 milyon avro bonus şəklində ödəniş etməli olacaq. Argentinalı futbolçunun "Lazio" ilə müqaviləsi 2018-ci ilin yayında başa çatmalıdır. O, klubun yeni müqavilə təklifini rədd etdiyindən rəhbərlik Biqliyanın satılmasını qərara alıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551096.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR