Şəmkirdə traktor sürücüsü bədbəxt hadisə nəticəsində ölüb

Şəmkirdə traktor sürücüsü bədbəxt hadisə nəticəsində ölüb
18:07 4 İyun 2017
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkir. 4 iyun. REPORT.AZ/ Şəmkir rayonunda traktoru işə salan sürücü bədbəxt hadisə nəticəsində ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Posanlı kəndində baş verib.
Kənd sakini, 1979-cu il təvəllüdlü, Cəfərov Qurban İsa oğlu traktoru işə salan zaman ehtiyatsız davranaraq mühərrikin ventilyatoruna toxunub. Nəticədə ventilyator qarın nahiyəsini kəsərək ona ağır xəsarət yetirib. Sürücü aldığı yaralardan yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/semkirde-traktor-surucusu-bedbext-hadise-neticesinde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR