Faiq Qarayev yığmanın növbəti hədəflərini açıqladı

19:04 4 İyun 2017
66 Digər
Ölkə mətbuatı
A- A+

“Komandamla qürur duyuram. Qızlarım cəsur ürəklə oynadılar və bir set belə uduzmadan 5 oyunda qələbə qazandılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadınlardan ibarət voleybol millimizin baş məşqçisi Faiq Qarayev deyib.

DÇ-2018-in seçmə mərhələsinin Bakıda keçirilən E qrupunun bütün oyunlarında “quru hesabla” qələbə qazanan millimizin təcrübəli çalışdırıcısı xüsusilə sonuncu matçın çətin keçdiyini vurğulayıb: “Hollandiyaya qarşı həlledici matç çox çətin idi. “Narıncılar” nəinki Avropanın, bütün dünyanın ən güclü yığmalaranıdan biridir. Gərgin və həyəcanlı açılış setindən sonra ritmimizi tapdıq və lazım olan qələbəni qazana bildik”.

F.Qarayev Yaponiyada keçiriləcək mundiala qədər növbəti hədəfin qitə birinciliyi olduğunu xatırladıb: “Azərbaycan dünya çempionatına vəsiqə qazandı, doğrudur, ancaq çox yaxında biz yeni bir sınağa hazırlaşmağa başlayacağıq. Gürcüstan və Azərbaycanın birlikdə keçirəcəyi Avropa çempionatı növbəti hədəfimiz olacaq”.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276144

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR