Rəhimin xəstəxanalıq olmasının səbəbi bilindi

Rəhimin xəstəxanalıq olmasının səbəbi bilindi
21:32 4 İyun 2017
229 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni-bəstəkar Rəhim Rəhimlinin xəstəxanalıq olmasının səbəbi aydınlaşıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Gömrük Hospitalından görüntüləri yayılan sənətçi başına gələnləri "Xəzər Maqazin"ə danışıb:

"Gecə saatlarında evə gəlirdim. Axundov bağının yanında yeni tikilən binanın qarşısından keçəndə, sən demə, yol qəfil kəsilir. Heç bir işarə qoymayıblar. Mən də çuxura düşüb huşumu itirdim. Telefonum, çantam, köynəyim - hərəsi bir tərəfə dağılır. Əlim telefona çatmadığından heç kimə zəng edə bilmədim. 45 dəqiqə qanlar içində çuxurda qaldım. Təsadüfən 3 nəfər gənc oradan keçəndə iniltimi eşidib məni çuxurdan çıxardılar. Ayılanda gördüm reanimasiyadayam. 3 saat əməliyyat keçirmişəm. Sol ayağımın iki sümüyü sınıb və ora dəmir titan yerləşdiriblər. Bir aya qalxmağa icazə verəcəklər.
 
Allah saxladı. Gecə saat 5-də o uşaqlar oradan keçməsəydi, səhərə kimi orada qan itirəcəkdim".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/551136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR